MKT İstehsalat Kommersiya (MKT Cotton)

Yarımstansiya dispetçeri (Mingəçevir)

Mingəçevir, Azərbaycan

27.03.23


Qeyd

  1. Daha yüksək kvalifikasiyalı elektrik personalının rəhbərliyi altında istənilən avadanlığın sökülməsi və əsaslı təmirini həyata keçirmək;
  2. Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
  3. Müəssisə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini həyata keçirmək;
  4. Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərilməsinə təmin etmək;
  5. Yarımstansiyanın elektrik avadanlığının, texnolji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularını yoxlanmaq və qüsurların aradan qaldırılmasını təmin etmək; 
  6. Avadanlıqlarda istifadə edilən bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlığını yoxlayıb aradan qaldırmaq;
  7. Təmir olunması mümkün olan (texnoloji baxımdan) cihazların təmirini və sazlanmasını həyata keçirmək;
  8. Güc və işıqlandırma sxemlərinə nəzarət etmək;


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Yarımstansiya dispetçeri (Mingəçevir)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.03.23

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar